“Fənərbaxça çox güclü komandadi. Bu üzdən qarşıdakı oyunda bizə çox çətin olacağını gözləyirik”. Apasport.az saytının məlumatına görə, bunu “Telekom”un voleybolçusu Anna Piriyeva (Kleger) deyib.
Komandasının kapitanı Çempionlar Liqasının V turu çərçivəsində üz-üzə gələcəklər “Fənərbaxça” ilə görüşə münasibət bildirib. Onun sözlərinə görə, sabah baş tutacaq qarşılaşmada komanda layiqli oyun nümayiş etdirəcək: “Ümid edirik ki, İstanbulda oynadığımız kimi çıxış edə bilərik. Çünki ikinci oyunda azarkeşlərimiz də oyunboyu bizlə olacaqlar və komandamızı dəstəkləyəcəklər. Biz də öz növbəmizdə sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, İstanbulda baş tutan qarşılaşmada “Telekom” 2:0 hesabı ilə öndə olsa da, yekunda 2:3 hesabı ilə uduzmuşdu.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə