“Abşeron” voleybol klubu növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Super Liqanın debütantı ukraynalı Marina Deyneqa ilə danışıqları müsbət yekunlaşdırıb.
30 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb. Ötən mövsüm “Abşeron”un baş məşqçisi Eldar Yusubovun rəhbərliyi altında “Azəryol”da çıxış etmiş Deyneqa artıq yeni komandasının düşərgəsinə qoşulub. 185 sm boya malik dioqnal oyunçu Azərbaycana gələnədək İspaniyanın “Tenerife” klubunda da legioner həyatı yaşayıb.
Bununla da, “Abşeron”un oyunçularının sayı 10-a çatıb. Debütant Marinayadək müxtəlif yaş üzrə millilərimizin üzvlərindən Yana Əzimova, Kseniya Pavlenko, Yuliya Kərimova, Zinaida Lyubimova, Viktoriya Ağakişiyeva, Bəyaz Əliyeva, Fidan Əhmədxanova, Fidan Ağaməmmədova və ukraynalı Yekaterina Kalçenko ilə müqavilə bağlayıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq