[b]“Viborq” Azərbaycan çempionuna rəqib oldu[/b]
18.09.2017 - 14:04
Azərbaycan çempionu “Nur”un EHF kubokunun II təsnifat mərhələsindəki rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qadın həndbolçularımız Danimarkanın “Viborq” klubu ilə qarşılaşacaqlar.
Valeri Qonçarın rəhbərlik etdiyi legionerlərdən ibarət komanda oktyabrın 14-də və ya 15-də Mingəçevirdə, bir həftə sonra səfərdə oynayacaq.
Qeyd edək ki, “Viborq” yarışa II təsnifat mərhələsindən başladığı halda, “Nur” I raunddan mübarizəyə qoşulub. Təmsilçimiz İsveçin “Lugi” klubunu yarışdan kənarlaşdırıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0