Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Azərreyl” (Azərbaycan) görüşünün statistikası açıqlanıb. Apasport.az saytının məlumatına görə, 3:1 hesabı ilə nominal ev sahiblərinin xeyrinə başa çatan qarşılaşmanın ən yaxşı oyunçusu Aneta Havlikova olub.
Çexiyalı legioner 30 xal toplamaqla, bombardir adına da sahib olub. Fransua Salvaqninin digər yetirmələrindən Aleksandra Srnçeviç 14, Hana Çutura 11, Yaroslava Pencova 7, Berit Kauffeldt 6 və Özge Kırdar Çemberci 5 xala sevinib.
“Azərreyl”in heyətində isə xüsusi fərqlənən voleybolçu olmayıb. Bülənt Karslıoğlunun komandasında Madison Kinqdonla Cessika Cons (Susan) hərəyə 10, Hali Ekerman 9, Stefanye Enrayd 8, Odina Bayramova ilə Straşmira Filipova hərəyə 7, Natalia Valentinlə Fatu Diuk hərəyə 2 və Nutsara Tomkom 1 xal yığıb.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub