Dünya idmanında növbəti maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu dəfə diqqət mərkəzinə Almaniyanın çimərlik voleybol üzrə yığmasının üzvləri - Laura Lyudviqlə Kira Valkenhorst düşüb.
Belə ki, 2013-cü ildən birgə çıxış edən xanımlar evlənməyə qərar veriblər. Hazırkı dünya çempionlarının toyu Baltik dənizi sahilindəki ən nüfuzlu kurort mərkəzlərindən sayılan “Timmendorfer-Ştrande”də gerçəkləşib.
Almaniya Voleybol Federasiyasının rəsmi tvitter səhifəsi bu hadisəni “Arzuların toyu” kimi qələmə verib.
Qeyd edək ki, bir müddət əvvəl kanadalı kişi fiqurlu konkisürən Erik Redfordla və ispaniyalı Luis Fenero da nişanlandıqlarını elan ediblər.




- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq