Qadın voleybolçular arasında Belçika və Hollandiyada keçirilən Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, baş tutan 12 qarşılaşmadan sonra 1/4 finalçılar, pley-offçular və yarışla vidalaşanların adlarına aydınlıq gəlib.
Çempionatı erkən dayandıranlar arasında Azərbaycan millisi də var. Yarışa böyük ümidlərlə yollanan, lakin mübarizənin startında baş məşqçi Faiq Qarayevin səhhətində problem yaranması səbəbindən yığmanın Bülənt Karslıoğluya həvalə edilməsi bütün planları pozub. Ən azından türkiyəli mütəxəssis komandaya son anda qoşulduğundan hansı voleybolçunun hansı formada olması, yoxlama matçlarında necə təsir bağışlaması barədə dolğun məlumata malik deyildi. Bu səbəbdən də yığmamız məğlubiyyətləri sıralayaraq, qrupda sonuncu oldu.
Komandamızın Macarıstana uduzması və onlar üçün pley-off “işığı” yandırması isə heç gözlənilən deyildi. Çünki voleybolçularımızın ən pis halda, Jan de Brandtın yetirmələrini məğlub edərək, finala yüksələcəyini nəinki mütəxəssislər, azarkeşlər belə proqnozlaşdırırdı. Lakin komandamız bu ümidi də doğrultmadı. Amma millimizin macarlardan aldığı 1 set işimizə yarayıb. Əgər ötən il tariximizin antirekordunu müəyyənləşdirərək, 15-ci olmuşduqsa, bu dəfə 14-cü yeri tutmağımızla təsəlli tapmalıyıq.
Avro-2015-ə vida edənlər arasında isə Azərbaycanla yanaşı, Sloveniya, Bolqarıstan və Rumıniya milliləri də var. Bu komandalar arasında bolqarlar da gözlənilmədən “qatar”dan düşüblər. Buna səbəb son turda lider Rusiyanın Xorvatiyaya uduzması olub.
Bu komandalardan fərqli, qrup birinciləri Hollandiya, Türkiyə, Rusiya və Serbiya birbaşa 1/4 finala yüksəliblər. Onların rəqibləri pley-off mərhələsindən sonra bilinəcək.
Avropa çempionatı
Qrup mərhələsi
III tur
A qrupu
Polşa – Sloveniya – 3:0(25:18, 25:19, 25:21)
Hollandiya – İtaliya - 3:0 (25:15, 25:18, 25:22)
|
Hollandiya |
3 |
3 |
0 |
244-172 |
9-1 |
9 |
|
İtaliya |
3 |
2 |
1 |
250-211 |
6-5 |
6 |
|
Polşa |
3 |
1 |
2 |
222-248 |
5-6 |
3 |
|
Sloveniya |
3 |
0 |
3 |
164-249 |
1-9 |
0 |
B qrupu
Azərbaycan – Macarıstan - 1:3 (16:25, 28:26, 22:25, 16:25)
Belçika – Türkiyə - 0:3 (18:25, 17:25, 16:25)
|
Türkiyə |
3 |
3 |
0 |
228-165 |
9-0 |
9 |
|
Belçika |
3 |
2 |
1 |
203-178 |
6-3 |
6 |
|
Macarıstan |
3 |
1 |
2 |
196-232 |
3-7 |
3 |
|
Azərbaycan |
3 |
0 |
3 |
204-256 |
1-9 |
0 |
C qrupu
Belarus – Bolqarıstan - 3:2 (25:21, 25:23, 14:25, 20:25, 15:11)
Rusiya – Xorvatiya - 0:3 (21:25, 24:26, 24:26)
|
Rusiya |
3 |
2 |
1 |
221-177 |
6-3 |
6 |
|
Belarus |
3 |
2 |
1 |
230-241 |
6-5 |
6 |
|
Xorvatiya |
3 |
2 |
1 |
239-253 |
6-5 |
5 |
|
Bolqarıstan |
3 |
0 |
3 |
258-277 |
4-9 |
1 |
D qrupu
Almaniya – Çexiya - 3:0 (25:17, 25:23, 25:17)
Rumıniya – Serbiya - 0:3 (20:25, 14:25, 15:25)
|
Serbiya |
3 |
3 |
0 |
225-169 |
9-0 |
9 |
|
Almaniya |
3 |
2 |
1 |
233-206 |
6-4 |
6 |
|
Çexiya |
3 |
1 |
2 |
193-196 |
3-6 |
3 |
|
Rumıniya |
3 |
0 |
3 |
169-249 |
1-9 |
0 |
Pley-off mərhələsi
30 sentyabr
20:00. İtaliya (A2) – Xorvatiya (C3)
20:30. Belçika (B2) – Çexiya (D3)
23:00. Belarus (C2) – Polşa (A3)
23:30. Almaniya (D2) – Macarıstan (B3)
1/4 final mərhələsi
1 oktyabr
Rusiya – İtaliya/Xorvatiya cütünün qalibi
Serbiya – Belçika/Çexiya cütünün qalibi
Hollandiya – Belarus/Polşa cütünün qalibi
Türkiyə - Almaniya/Macarıstan cütünün qalibi
1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
11.
12.
13. Bolqarıstan
14. Azərbaycan
15. Rumıniya
16. Sloveniya
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq