Çempionlar Liqasında hazırlaşan “Telekom” və “Lokomotiv” yoxlama matçı keçiriblər. Apasport.az saytının məlumatına görə, Azərbaycan Super Liqasının gecikməsi Bakı klublarının bir-birini sınağa çəkməsinə səbəb olub.
Belə ki, avrokuboklara qısa müddət qalsa da, çempionat noyabrın 6-da başlayacaq. Komandalar da həmin oyunlara tam hazır olmaq üçün məcburiyyətdən öz aralarında güclərini yoxlayırlar.
“Telekom”la “Lokomotiv”in növbəti cəhdində isə “dəmiryolçular” güclü olub. Az öncə rəqibinə 0:4 hesabı ilə uduzan Fransua Salvaqninin yetirmələri bu dəfə 3:1 (17:25; 26:24; 25:20; 25:21) hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, “Telekom” Super Liqaya kimi, oktyabrın 29-da “İmpel”lə (Polşa), ondan bir gün əvvəl isə “Lokomotiv” “Dinamo” (Kazan, Rusiya) ilə üz-üzə gələcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub