Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Fərid Cəlalov Avropa Liqasında 14 voleybolçu ilə iştirak edəcək.
Gənc mütəxəssis dünya çempionatı üçün sifariş edib, lakin oyunların keçirildiyi Fransaya aparılmayan Emil Abdullayevi bu dəfə siyahıya salmayıb.
Cəlalovun “14-lüyü” belədi:
1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.
Qeyd edək ki, Avropa Liqasının qrup oyunları iyunun 16-da start götürəcək. İlk dövrə Makedoniyada, ikinci dövrə Albaniyada olacaq. Yığmamızın rəqibləri sırasında bu ölkələrin komandası ilə yanaşı, İsveç millisi də mübarizə aparacaq. Qrup oyunları mayın 25-də bitəcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq