Avropa Voleybol Konfederasiyası (CEV) milli komandaların reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahını son aylar yaxşı günlərini yaşamayan yığmalarımız üçün uğurlu saymaq olar.
Belə ki, Faiq Qarayevin çalışdırdığı Azərbaycan yığması 210 xalla 12-ci yerdədi. Komandamız əvvəlki siyahı ilə müqayisədə 32 xal itirsə də, mövqeyi dəyişməz qalıb.
Cədvələ Rusiya başçılıq edir. Onlar 296 xala malikdilər və ən yaxın izləyiciləri Serbiyanı 14 xal qabaqlayırlar. İlk “üçlüy”ü 2 pillə irəliləyən Almaniya qapayır.
Qadın yığmamızdan fərqli, kişilərdən ibarət millimiz irəliləyib. Maliyyə sarıdan axsayan komandamız Bosniya və Herseqovinanın geriləməsi səbəbindən 37-ci yerə yüksəlib. Onların aktivində 46 xalı var.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq