[b]Azərbaycan çempionatında 2 həftəlik fasilə yarandı[/b]
10.03.2016 - 12:00
Kişi basketbolçular arasında Azərbaycan çempionatında fasilə yaranacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb yığmamızın Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Novruz turnirinə qatılmasıdı.
Əksər klubların üzvləri milliyə cəlb edildiyindən yarışda 2 həftəli fasilə yaranacaq. XIII turun matçları isə martın 26-na təyin olunub.
Qeyd edək ki, Novruz turniri martın 17-22-də keçiriləcək.
0
0