[b]Azərbaycan çempionatında limit dəyişikliyi: 2 variant üzərində iş gedir[/b]
07.04.2016 - 15:03
[b]Azərbaycan çempionatında limit dəyişikliyi: 2 variant üzərində iş gedir[/b]

Azərbaycan Voleybol Federasiya (AVF) yeni mövsümdə limiti dəyişmək fikrindədi. Apasport.az saytının əldə etdiyi məlumata görə, AVF 2016/2017 mövsümü üçün 2 variant üzərində işləyir. Bu dəyişiklik yerli voleybolçuların yetişməsinə hesablanıb.

 

Belə ki, federasiya hazırda ən azı 1 azərbaycanlı voleybolçu meydanda, 1-i isə ehtiyatda olmaq qərarını daha da təkmilləşdirmək istəyindədi. Qurum hesab edir ki, voleybolun inkişafı üçün yeni ildə hər komandada ən azı 3 yerli oyunçu olmalıdı. Onlardan ikisi isə meydana çıxmalıdı.

 

Digər variant isə oyun zamanı hər klubun əsas heyətində 3 azərbaycanlının olmasıdı. Bu, bir qədər inandırıcı olmasa da, komandalarımızın maliyyə cəhətdən axsaması belə qərarı gözləməyə əsas verir.

 

Qeyd edək ki, yekun qərar mövsüm bitdikdən sonra yerli mütəxəssislərin iştirakı ilə baş tutacaq iclasda veriləcək.