[b]Azərbaycan çempionatında növbəti təqvim dəyişikliyi[/b]
01.12.2015 - 10:32
[b]Azərbaycan çempionatında növbəti təqvim dəyişikliyi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu gün baş tutmalı olan “Gənclik” – “Telekom” matçı təxirə salınıb.

 

II turdan təxirə salınan qarşılaşmanın dekabrın 4-də oynanılması qərara alınıb. Həmin gün keçirilməli olan “Azərreyl” - “Gənclik” matçı 2 gün ertələnib.

 

Həmçinin, dekabrın 1-nə də oyun salınıb. IX tur çərçivəsində baş tutmalı olan “Gənclik” – “Lokomotiv” görüşü bu gün təşkil ediləcək.

 

 

IX tur

1 dekabr

16:00. “Gənclik” – “Lokomotiv”

 

V tur

2 dekabr

16:00. “Azərreyl” – “Gənclik”

“Azərreyl” İdman Bazası

 

V tur

4 dekabr

16:00. “Gənclik” – “Telekom”

Azərbaycan Voleybol Federasiyasının idman zalı