[b]Azərbaycan çempionatında yarımfinal cütləri dəqiqləşdi[/b]
18.03.2016 - 19:10
[b]Azərbaycan çempionatında yarımfinal cütləri dəqiqləşdi[/b]

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının yarımfinal cütləri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yoluna davam edəcək klubların adına XX tur çərçivəsində keçirilən “Telekom” – “Azəryol” oyunundan sonra aydınlıq gəlib.

 

Belə ki, çempionatın əsas mərhələsinin başa çatmasına 3 oyun qalmış Zoran Qayiçin yetirmələri 1:3 hesabı ilə uduzduqlarından 1-ci pilləyə yüksəlmək şanslarını itiriblər. Nəticədə “Azərreyl”in birinci, onların ən azı ikinci olacağı rəsmiləşib.

 

Həmçinin “Azəryol” “Lokomotiv”lə xal fərqini 3-ə endirsə də, axırıncı matçların nəticəsindən asılı olmayaraq, onları qabaqlaya bilməyəcək. Buna səbəb “dəmiryolçular”ın set fərqində daha yaxşı göstəriciyə malik olmalarıdı. "Lokomotiv"in set fərqində üstün olmağı onların son turda "Tbilisi"yə qalib gələrək, ikinci olmasını istisna etmir. Lakin belə olan halda da, yarımfinalda "dəmiryolçular"ın rəqibləri dəyişməyəcək. 

 

Beləliklə, 1/2 finalda “Azərreyl” “Azəryol”la, “Telekom” “Lokomotiv”lə üz-üzə gələcək. Son 2 pillədə qərarlaşan “Gənclik”lə “Tbilisi” isə vaxtından əvvəl yarışla vidalaşıblar.

 

Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S/F

T/F

X

1

Azərreyl

19

14

5

12

1

1

2

2

1

48-18

1556-1241

43

2

Telekom

20

14

6

8

4

2

1

2

3

46-26

1666-1421

41

3

Lokomotiv

19

13

6

9

1

3

2

1

3

44-25

1562-1355

38

4

Azəryol

19

11

8

7

2

2

4

3

1

44-30

1682-1477

35

5

Gənclik

19

5

14

2

2

1

0

0

14

15-46

1086-1417

14

6

Tbilisi

18

0

18

0

0

0

0

2

16

2-54

754-1395

0

 

Qeyd edək ki, son 3 oyunda "Tbilisi" "Azərreyl" və "Lokomotiv"lə, "Azəryol" isə "Gənclik"lə oynayacaq.