[b]Azərbaycan çempionatında yarımfinal oyunlarının vaxtı bilindi[/b]
19.04.2016 - 15:16
Kişi basketbolçular arasında Azərbaycan çempionatının yarımfinal mərhələsinin ikinci oyunlarının keçirilmə günü və başlama saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “The Club Port Baku”nun idman zalında baş tutacaq matçlar aprelin 23-nə təsadüf edəcək.
Günə NTD BK - "Baku Oilers" görüşü ilə start veriləcək. Ardınca isə "Bakı" AzTOP-dan qısas almağa çalışacaq.
23 aprel
11.00. NTD BK - "Baku Oilers"
İlk oyun: "Baku Oilers" - NTD BK – 39:91
12.30. AzTOP - "Bakı"
İlk oyun: "Bakı" - AzTOP – 69:77
0
0