Qadın voleybolçulardan ibarət Monteneqro millisinin ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Vladimir Milaçiç Avropa Liqası üçün 26 oyunçuya dəvət göndərib.
Yarışın debütantının heyətində “Telekom”un hücumçusu Kseniya İvanoviç də yer alıb. Komandanın əsas oyunçu olan Super Liqanın gümüş medalçısının “12-lik”dən kənar qalması gözlənilən deyil.
Toppaylayıcılar: Tamara Roqanoviç, Yevgeniya Milivoyoviç,
Mariya Bojoviç
Blokçular: Ana Otaşeviç, Andrea Lakoviç, Mariya Miloviç, Mariya Sandiç, Tamara Vusetiç, Tiyana Kruta
Hücumçular: Tatyana Bokan, Yovana Vukçeviç, Yelena Sviyoviç, Teodora Saviç, Milana Rovçanin, Elza Hadzisalihoviç, Dusanka Petroviç, İva Vuyoseviç, Nikoleta Vuyoviç, Draqana Peruniçiç, Ksenija İvanoviç, Katarina Budrak, Nikoleta Peroviç,
Liberolar: Melisa Senoviç, İvana Dyakoviç, Mariyana Masanoviç
Qeyd edək ki, Avropa Liqasında Monteneqro Azərbaycan, İspaniya və Fransa milliləri ilə birgə B qrupunda yer alıb.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq