[b]Azərbaycan çempionatının oyunu təxirə salındı[/b]
18.02.2016 - 12:40
[b]Azərbaycan çempionatının oyunu təxirə salındı[/b]

Azərbaycan Super Liqasının XII turu çərçivəsində keçirilməli olan “Telekom” – “Gənclik” matçı təxirə salınıb. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, buna hər 2 komandanın ardıcıl 2 matça çıxmaq istəməməsi səbəb olub.

 

Nəticədə qarşılaşma fevralın 23-nə keçirilib. “Gənclik” Olimpiya Kompleksində baş tutacaq görüş saat 17:00-da başlayacaq.