[b]Azərbaycan çempionatları tarixinə yeni mükafatçı gəlir[/b]
29.03.2016 - 11:16
[b]Azərbaycan çempionatları tarixinə yeni mükafatçı gəlir[/b]

“Telekom” qadın voleybolçular arasında Azərbaycan Super Liqasında mükafatçılar sırasında yerini təmin edib. Apasport.az saytının məlumatına görə, Zoran Qayiçin rəhbərlik etdiyi 3 yaşlı komanda buna yarımfinalda “Lokomotiv”i məğlub etməklə nail olub.

 

Seriyanın hər 2 oyununda qalib gələn (3:1; 3:2) paytaxt klubu finala vəsiqə qazanmaqla ən azı gümüş medalı təmin edib. Bu, “Telekom”un tarixində ölkə çempionatlarının ilk medalı olacaq. Əvvəlki 2 mövsümdə müvafiq olaraq, 6-cı və 5-ci yerləri tutan komanda tarixinin ən yaxşı nəticəsinə imza atıb.

 

Bununla da, “Telekom” Azərbaycan çempionatları tarixinə yeni mükafatçı kimi düşüb. 2008/2009 mövsümündən Super Liqaya çevrilən yarışın əvvəlki 7 mövsümündə 5 klub fəxri kürsüdə yer alıb. Bu siyahıya 6-cı kimi daxil olan “Telekom” çempion olacağı halda, “Rabitə”dən sonra buna nail olacaq ikinci komanda kimi tarixə düşəcək. Çünki çempionatın tarixi ərzində yalnız bir komanda – tarixin yaddaşına köçmüş “rabitəçilər” qızıl medallara sahib çıxıb.

 

Qeyd edək ki, məğlubiyyət də “Lokomotiv”in ən azı ötən ilki uğurunu təkrarlamayacağını rəsmiləşdirib. Çünki 2014/2015 mövsümündə 2-ci olan “dəmiryolçular” artıq bu şansı itiriblər.

 

 

 

 

 

 

 

 

 

1

Rabitə*

7

0

0

7

2

Azərreyl

0

4

1

5

3

Lokomotiv

0

3

1

4

4

İqtisadçı*

0

1

3

4

5

Bakı

0

0

1

1

Cəmi

 

7

8**

6

21

 

* işarəsi olan klublar fəaliyyətini dayandırıb.

** 2013/2014 mövsümündə 2 gümüş medal verilib, bürünc medal olmayıb.