[b]Azərbaycan çempionu İstanbul hazırlığının vaxtını açıqladı[/b]
22.09.2016 - 15:00
“Azərreyl” təlim-məşq toplanışının ikinci hissəsini ölkə xaricində keçəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Türkiyəyə səfər edəcək.
Belə ki, artıq məşqlərə başlayan Bakı təmsilçisi paytaxtdakı hazırlığı oktyabrın 2-də kimi davam etdirəcək. Ertəsi gün isə “Azərreyl” İstanbula yollanacaq. Burada təxminən 10 gün qalacaq komandamız bir neçə yerli klubla yoxlama matçı da keçirəcək.
Qeyd edək ki, “Telekom” da hazırlığın ikinci mərhələsi üçün İstanbula yollanacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0