Azərbaycan çempionu “Telekom”un daha bir voleybolçusu özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da şərəfini qoruyan hücumçu Marqarita Əzizova karyerasını Türkiyədə davam etdirəcək.
24 yaşlı oyunçu “Beşiktaş”la müqaviləsini rəsmiləşdirib. Artıq tibbi müayinədən də keçən Əzizova İstanbul təmsilçisinin heyətinə qoşulub.
Bununla da, Türkiyə Sultanlar Liqasının 2017/2018 mövsümündə oynayacaq voleybolçularımızın sayı 4-ə çatıb. Əzizovayadək Polina Rəhimova “Fənərbaxça”, Odina Bayramova “Seramiksan” və Yana Kulan “Beylikdüzü” klublarına transfer olunmuşdu.
Qeyd edək ki, “Telekom”un yetirməsi olan Əzizova 2014/2015 mövsümündə icarə əsasında Yunanıstan “Olimpiakos”unun da şərəfini qoruyub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq