[b]Azərbaycan çempionunun “Olimpiakos”la oyunlarının vaxtı açıqlandı[/b]
21.12.2017 - 10:19
Azərbaycan çempionu “Lokomotiv”in “Çelenc Cup” turnirinin 1/8 final mərhələsindəki oyunlarının tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, komandamız Yunanıstanın “Olimpiakos” klubu ilə ilk qarşılaşmasını yanvarın 16-18-i aralığında keçirəcək.
Qarşılaşma Pirey şəhərində olacaq. Cavab matçı ilə 30 yanvar – 1 fevral tarixlərindən birində baş tutacaq. Görüş Bakıda Voleybol Mərkəzində olacaq.
Qeyd edək ki, II təsnifat mərhələsində Kipr “Apoel”ini mübarizədən kənarlaşdıran “Lokomotiv” 1/16 finalda “Fonte Bastardo”dan güclü olub.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0