Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) oyununun statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunun 0:3 hesabı ilə məğlub olduğu matçın bombardiri adını Jeroen Rauverdink qazanıb.
Onun 11 zərbəsi komandasına xal gətirib. “Lokomotiv”də isə ən məhsuldar voleybolçu Pərviz Səmədov olub. Təmsilçimiz 10 xal qazanıb.
Fərid Cəlalovun digər yetirmələrinə gəlincə, Vüqar Bayramov 7, Aleksey Çervyakovla Dmitri Obodnikov hərəyə 5, Dmitri Baranov 4, İvan Kazaçkov 3 və Andrey Vasilenko 1 xal toplayıb.
Qeyd edək ki, “Lokomotiv” ilk matçda da 0:3 hesabı ilə uduzduğundan avrokubokla vidalaşıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq