Qadın voleybolçular arasında Çempionlar Liqasında 2016/2017 mövsümünün antirekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, bu antirekorda Azərbaycan çempionu “Azərreyl” imza atıb.
Famil Ağayevin komandası II turun Türkiyə “Fənərbaxça”sı ilə oyunda aldığı darmadağınla özünü biabır edib. Bakı təmsilçisi 3-cü setdə cəmi 9, oyun ərzində isə 40 xal toplaması mövsümün ən bərbad göstəricisidi. Belə ki, başa çatan 2 turun 16 oyununda heç bir komanda belə aciz olmamışdı.
“Azərreyl”ə qədər antirekord dəfələrlə klublarımıza qarşılaşmalardan tanıdığımız və qalib gəldiyimiz “Dresdner”ə məxsus idi. Almaniya klubu I turda Türkiyə “Əczaçıbaşı”sı tərəfindən “döyülmüşdü”. Onlar ikinci setdə 11, matç ərzində isə 49 xal toplamışdılar – 0:3 (17:25, 11:25, 21:25). Lakin “Azərreyl” “Dresdener”in hər 2 göstəricisinə həsəd aparacaq səviyyədə çıxış edib.
Qeyd edək ki, “Azərreyl” “Fənərbaxça”ya 0:3 (12:25, 19:25, 9:25) hesabı ilə uduzub.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq