Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin III turunu idarə edəcək hakimlər dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası “Dresdner” (Almaniya) - “Telekom” (Azərbaycan) görüşünü Omero Satanassiyə (İtaliya) həvalə edib.
Noyabrın 25-nə təsadüf edəcək qarşılaşmada ikinci hakim funksiyasını Arturo Di Giakomo (Belçika) yerinə yetirəcək.
“Telekom” səfərdə oynayacağı gün “Lokomotiv” rəqibini evdə qəbul edəcək. “Dəmiryolçular”ın Almaniyanın “Ştutqart” klubu ilə duelində əsas söz sahibləri türkiyəli Nurper Ozbar və ukraynalı Viktor Kozlovski olacaqlar.
“Lokomotiv”lə birgə A qrupunda yer alan “Azərreyl”i isə Kazan “Dinamo”su ilə matça belaruslu Aleksandr Pyasetski çıxaracaq. Ona köməkliyi Yura Mokri (Slovakiya) edəcək.
Səfərdə olacaq bu görüş noyabrın 26-da olacaq.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub