“Telekom” Türkiyədə Çengiz Göllünün xatirəsinə həsr olunan turnirdə 3-cü matçını keçirib. Apasport.az satının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Bakı klubu “Qalatasaray”la üz-üzə gəlib.
Qarşılaşma voleybolçularımızın üstünlüyü şəraitində keçib. Zoran Qayiçin yetirmələri “sarı-qırmızılar”a bir set belə güzəştə getməyiblər. Belə ki, ilk hissəni 10 top irəlidə bitirən komandamız növbəti seti 25:21 hesabı ilə qazanıb. Sonuncu hissədə isə “Telekom” 14 top öndə olub.
Bu qələbə komandamızı liderliyə yüksəldib. Birinci pilləni ələ keçirməyimizdə bu turadək məğlub olmayan “Atom”un da uduzması rol oynayıb.
III tur
“Atom” (Polşa) – “Proton” (Rusiya) – 1:3 (21:25, 25:15, 20:25, 17:25)
“Telekom” (Azərbaycan) – “Qalatasaray” – 3:0 (25:15, 25:21, 25:11)
“Bursa BB” (Türkiyə) – “Kann” (Fransa) – 3:2 (20:25, 25:19, 19:25, 25:17, 15:12)
|
Telekom |
3 |
2 |
1 |
7-3 |
6 |
|
Proton |
3 |
2 |
1 |
7-4 |
6 |
|
Atom |
3 |
2 |
1 |
7-4 |
6 |
|
Kann |
3 |
1 |
2 |
5-7 |
4 |
|
Bursa BB |
3 |
2 |
1 |
6-6 |
5 |
|
Qalatasaray |
3 |
0 |
3 |
1-9 |
0 |
Qeyd edək ki, “Telekom” bu “Kann”la oynayacaq. Matç Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub