[b]Azərbaycan klubu avrokubok matçlarını Bakıda keçirməyə razılaşdı[/b]
27.09.2016 - 10:31
Qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc cup”ın yeni mövsümündə ilk oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, III raunddan mübarizəyə başlayacaq Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi Belçikanın “Femina Vize” klubu ilə hər 2 görüşünü Bakıda keçirəcək.
Artıq bu barədə qarşılıqlı razılıq əldə edilib. Belə ki, komandalar arasında ilk matç noyabrın 12-də olacaq. “Femina Vize”nin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda ikinci oyun təşkil olunacaq. Görüşlər “ABU Arena”da keçiriləcək.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0