Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova yeni mövsümdə Bakı klublarında oynamayacaq. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu karyerasını Rusiyada davam etdirəcək.
Peşəkar karyerası ərzində “Azərreyl” və “Azəryol” klublarında forma geyinən Qurbanova “Proton”la anlaşıb. O, 2015/2016 mövsümünü Saratov təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, ötən mövsümün sonunda əlindən əməliyyat olunan Qurbanova 2012-ci ildən millimizə çağırılır. O, DÇ-2014-də də komandamızın aparıcı oyunçularından olub. Ötən il Avropa Liqasında isə yığmamızın kapitanı funksiyasını daşıyıb.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq