“Telekom” heyətini komplektləşdirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakı təmsilçisi Yana Əzimovanı heyətinə qaytarıb.
Son ili “Lokomotiv”də icarə əsasında oynayan 22 yaşlı toppaylayıcı 2016/2017 mövsümünü doğma komandası “Telekom”da keçirəcək. O, Super Liqanın gümüş medalçısının heyətinə təcrübəli baş məşqçi Zoran Qayiçin istəyi ilə qayıdıb. Belə ki, Ayşən Abduləzimovanın zədələnməsindən sonra limit səbəbinə görə “Lokomotiv”in əsas heyətində kifayət qədər təcrübə toplayan oyun qurucusunun artıq “Telekom”a böyük fayda verəcəyi bildirilir.
2012-2015-ci illərdə bu komandada oynayan Əzimova eyni zamanda Azərbaycan millisinin də üzvüdü.
Qeyd edək ki, “Telekom” ondan öncə bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva ilə müqavilənin müddətini 1 illiyə artırıb, serbiyalı Sladyana Mirkoviçi transfer edib.