Voleybol üzrə avrokuboklara sifariş olunması üçün son vaxt arxada qalıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan avrokubokların 2016/2017 mövsümündə cəmi 2 komanda ilə təmsil olunacaq.
Belə ki, Avropa səviyyəsində ölkəmiz adından yalnız çempion “Azərreyl”lə gümüş medalçı “Telekom” çıxış edəcək. Qadınlardan ibarət hər 2 Bakı klubu qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında oynayacaq. Burada Azərbaycan üçün 3 yer ayrılsa da, digər komandalarımız yarışda iştirak üçün CEV-ə müraciət etməyib. Super Liqada bürünc medal qazanan “Lokomotiv” gələcək taleyi sual altında olduğu üçün yarışdan imtina etdiyi halda, “dəmiryolçular”ı əvəzləyəcəyi gözlənilən “Azəryol” maliyyə problemləri səbəbindən turnirə sifariş olunmayıb.
Çempionlar Liqasındakı 3-cü yerlə yanaşı, “Çelenc Cup”dakı yeganə təmsilçiliyimiz də əldən çıxıb. İllər hesabına əldə olunan reytinqimiz burada 1 komanda ilə təmsil olunmağa imkan versə də, bundan yararlanan olmayıb.
Nəticədə son 10 mövsümdə ilk dəfə Avropada belə az komanda ilə təmsil olunacağıq. Çünki 2007-ci ildən başlayaraq, qitənin öncülləri sırasında düşən ölkəmiz 5 dəfə 5, 4 dəfə isə 4 klubla avrokuboklara qatılıb. Hətta bəzən bu say əlavə “wild card”la əldə olunub. Bunun üçün müəyyən xərclərə razı olan komandalarımız hazırda öz qazandığı vəsiqəyə yiyələnmək üçün də güc tapmır.
Avropada 2 komanda ilə 2006/2007 mövsümündə təmsil olunmuşuq. Maddi çətinliklər voleybolumuzu həmin – 10 il əvvəlki vəziyyətinə qaytarıb. Komandalarımızın hələlik hansısa transfer etməmələri yaxşı nəticələr gözləməyə də ümid vermir.
Kişi voleybol klublarımız isə ardıcıl 6-cı dəfə avrokuboklardan kənar qalacaqlar.
Qeyd edək ki, avrokuboklardakı ən aşağı göstəricimiz də elə 2-di. 2001/2002 mövsümündə məhz “Azərreyl” və “Azəroil”lə beynəlxalq arenaya ayaq basmışdıq.
Azərbaycan klublarının avrokuboklardakı təmsilçi sayı (kişi və qadın komandalarının sayı)
|
Mövsüm |
ÇL* |
CEV** |
Çelenc Cup*** |
Cəmi |
|
2001/2002 |
|
2 |
0 |
2 |
|
2002/2003 |
1 |
1 |
1 |
3 |
|
2003/2004 |
1 |
2 |
0 |
3 |
|
2004/2005 |
1 |
1 |
0 |
2 |
|
2005/2006 |
1 |
1 |
0 |
2 |
|
2006/2007 |
1 |
1 |
0 |
2 |
|
2007/2008 |
1 |
1 |
2 |
4 |
|
2008/2009 |
0 |
1 |
3 |
4 |
|
2009/2010 |
0 |
2 |
3 |
5 |
|
2010/2011 |
1 |
0 |
3 |
4 |
|
2011/2012 |
2 |
1 |
2 |
5 |
|
2012/2013 |
3 |
2 |
0 |
5 |
|
2013/2014 |
3 |
2 |
0 |
5 |
|
2014/2015 |
2 |
2**** |
1 |
5 |
|
2015/2016 |
3 |
1 |
0 |
4 |
|
2016/2017 |
2 |
0 |
0 |
2 |
* 2000/2001 mövsümünə kimi Çempionların kuboku, 2008/2009 mövsümünə kimi Avropa Çempionlar Liqası adlandırılıb.
** CEV kuboku 2000/2001 mövsümünə kimi Kuboklar kuboku, 2007/2008 mövsümünə kimi Top-komandalar kuboku adlandırılıb.
*** “Çelenc Cup” 2007/2008 mövsümünə kimi CEV kuboku adlandırılıb.
**** 2014/2015 mövsümündə “İqtisadçı” avrokubok üçün sifariş edilsə də, komandanın dağılması səbəbindən iştirak etməyib.