Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin düşərgəsində ab-hava yüksək formadadı. Apasport.az saytının məlumatına görə, Anverpendə Avropa çempionatının ilk turu çərçivəsində bu gün Türkiyə ilə qarşılaşacaq komandamızda zədə ilə bağlı hansısa çətinlik yaşanmayacaq.
Belə ki, bu günə kimi oynaması sual altında olan Valeriya Məmmədova (Korotenko) “ay- ulduzlular”a qarşı matçda ilk dəqiqələrdən meydanda olacaq. Həkimlər zədəsini tam sağaldan Korotenkonun oynamasına icazə veriblər. Həmçinin bir qədər öncə əməliyyat olunan Odina Bayramova və Kseniya Poznyak da ilk “6-lıq”da oyuna girəcək. Halbuki son günə qədər onların da əvəzetmələrlə meydana daxil olacaqları gözlənilirdi. Amma saat 23:30-da start götürəcək matçda komandamızı meydana Faiq Qarayev çıxara bilməyəcək. Buna təcrübəli mütəxəssisin səhhətindəki problem səbəb olub. Komandamızı oyuna artıq Belçikada olan “Azərreyl”in türkiyəli baş məşqçisi Bülənt Karslıoğlunun çıxaracağı gözlənilir. Oyunun taktikasını Faiq Qarayev quracaq, Karslıoğlu isə Qarayevin həyəcan keçirməməsi üçün meydanda onun tapşırıqlarını icra edəcək. F. Qarayev də öz növbəsində meydandan kənarda oyunun gedişinə uyğun olaraq, tapşırıqlarını verəcək.
Qeyd edək ki, komandamızın düşərgəsində ab-hava yüksək səviyyədə olduğu üçün əsas məqsəd Türkiyədən Avropa Oyunlarındakı məğlubiyyətlərin qisasını almağa hesablanıb. Voleybolçularımız bunu bacaraqlarına inanırlar.
- Yüksək Liqa: “Murov Az Terminal” və “Ordu”dan qələbə
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq