Azərbaycan millisinin basketbolçusu Çarlz Devis 2016-cı ilə yeni komandada başlayacaq. Apasport.az saytının məlumatına görə, yığmamızın 32 yaşlı milliləşdirilmiş legioneri 2009-cu ildən formasını geyindiyi “Banvit” klubundan ayrılıb.
Amerika əsilli hücumçu “Qalatasaray”la anlaşıb. 204 sm boya malik Devis ilkin olaraq 6 aylıq müqaviləyə imza atıb. Əgər tərəflər arasında hansısa narazılıq olmasa razılaşma növbəti mövsüm üçün də qüvvədə qalacaq.
Qeyd edək ki, Devis 2010-cu ildən Azərbaycan millisinin şərəfini qoruyur. O, Avropa Oyunları zamanı 3X3 yığmamızda oynamasa da, əsas komandamızda qitə çempionatında özününü yaxşı tərəfdən göstərib.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə