[b]Azərbaycanlı hakim Çempionlar Liqasında Türkiyə klubunun oyununu idarə edəcək[/b]
20.11.2015 - 13:06
[b]Azərbaycanlı hakim Çempionlar Liqasında Türkiyə klubunun oyununu idarə edəcək[/b]

Beynəlxalq dərəcəli azərbaycanlı referi Eldar Əliyev qadın voleybolçular arasında Çempionlar Liqasına dəvət alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Əczaçıbaşı” (Türkiyə) – “Ximik” (Polşa) matçında ədaləti qoruyacaq.

 

İstanbulda, Burhan Felek Voleybol Salonunda baş tutacaq qarşılaşmada Əliyev ikinci hakim funksiyasını yerinə yetirəcək. Təmsilçimiz noyabrın 26-na təsadüf edəcək oyunda əsas referi Georgios Georgouleasa kömək edəcək.

 

Qeyd edək ki, Əliyevdən öncə, II turda Eldar Zülfüqarov da Çempionlar Liqasının oyununda fit sahibi olub.