[b]Azərbaycanlı hakim Çempionlar Liqasının oyununa təyinat aldı[/b]
15.11.2016 - 10:14
Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının III təsnifat mərhələsində iş başında olacaq.
Belə ki, Zülfüqarov İzmirdə kişi voleybolçular arasında baş tutacaq “Arkas” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya) matçında əsas hakim olacaq. Noyabrın 20-nə təsadüf edəcək görüşdə ona ukraynalı Viktor Kozlovski köməklik edəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk matç noyabrın 16-da Belqradda baş tutacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0