“Telekom” Avropa Voleybol Konfederasiyasına sifariş vərəqini göndərib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Super Liqada olduğu kimi Çempionlar Liqasında da 13 voleybolçunun gücündən istifadə edəcək.
Komandanın məşqçilər korpusuna Zoran Qayiç rəhbərlik edəcək. Vasif Talıbov, Xanlar Ələkbərov, Dord Nahod (seleksiyaçı məşqçi) və Filip Pavçiç (fizioterapevt) isə ona köməklik edəcəklər.
“Telekom”un Çempionlar Liqası üçün heyəti
Toppaylayıcılar: 2. Yana Əzimova (Azərbaycan), 13. Sladyana Mirkoviç (Serbiya)
Hücumçular: 1. Anastasiya Baydyuk, 3. Yelizaveta Səmədova, 5. Marqarita Əzizova, 9. Anastasiya Bessonova (hamısı Azərbaycan), Yovana Vesoviç (Serbiya), 12. Kseniya İvanoviç (Monteneqro)
Blokçular: 4. Aleksandra Petroviç (Serbiya), 7. Qabriela Koyeva (Bolqarıstan), 11. Olena Həsənova (Azərbaycan)
Liberolar: 8. Mariya Filipova (Bolqarıstan), 18. Ülkər Kərimova (Azərbaycan)
Baş məşqçi: Zoran Qayiç
Qeyd edək ki, Bakı təmsilçisi Çempionlar Liqasının A qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik”lə (Polşa) oynayacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq