Qadın voleybolçular arasında Türkiyə Superliqasında VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Yana Kulanın şərəfini qoruduğu “Çanakkale Bld” “Bursa Büyükşehir Belediyespor”un qonağı olub.
Qarşılaşmada qalib tay-brekdə müəyyənləşib. Təmsilçimizin komandası 3:2 (15:25, 25:17, 25:19, 17:25, 16:14) hesablı qələbəyə sevinib. Yana matçda 18 xal toplayıb.
Millimizin digər üzvü Kseniya Poznyakın az öncə müqavilə bağladığı “Beşiktaş” da mövsümdə 7-ci matçını səfərdə keçirib. “Seramiksan”la gücünü yoxlayan İstanbul təmsilçisi 3:1 (18:25, 25:18, 25:18, 25:22) hesablı qələbəyə sevinib. Poznyakın adı isə matçın iştirak ərizəsinə salınmayıb.
Bu oyunlardan sonra hesabında 16 xal olan “Çanakkale Bld” turnir cədvəlində 4-cü, ondan 7 xal az toplayan “Beşiktaş” isə 7-cidi.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq