[b]Bülənt Karslıoğlu “Azərreyl”də![/b]
18.08.2015 - 12:19
[b]Bülənt Karslıoğlu “Azərreyl”də![/b]

“Azərreyl”in yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt klubunu türkiyəli mütəxəssis Bülənt Karslıoğlu çalışdıracaq.

 

Onun qarşısına 2015/16 mövsümündə həm Çempionlar Liqası, həm də Super Liqada uğurlu çıxış etmək vəzifəsi qoyulub.

 

Ötən mövsümdə “Lokomotiv”ə rəhbərlik edib, komandasına gümüş medal qazandıran çalışdırıcı ölkəmizdə uğurla fəaliyyəti ilə seçilən legioner məşqçilərdəndi. Azərbaycanda ilk klubu “İqtisadçı” olan Karslıoğlu çalışdırdığı hər iki klubla mükafatçılar sırasına düşməyi bacarıb.

 

Son çempionatın yarımfinalında “Azrreyl”i məğlub edib, finala yolunu bağlayan “Lokomotiv”dən ayrılan türkiyəli eyni zamanda kişilərdən ibarət Azərbaycan millisinin də baş məşqçisidi.

 

O, qısa müddətdə kişilərdən ibarət komandanı formalaşdırmağı bacarıb. Avropa Oyunlarında döyüşkən kollektiv təsiri bağışlayan komandamızın çalışdırıcısı “Azərreyl”lə yanaşı, millidəki fəaliyyətini də davam etdirəcək.

 

Qeyd edək ki, Karslıoğludan əvvəl “Azərreyl”i çalışdıran Ceyson Haldan 2 ay əvvəl baş məşqçi vəzifəsindən kənarlaşdırılıb.