“Çempionlar Liqasında yaxşı start götürdük. Lakin “Ştutqart” üzərində ev qələbəsindən sonra ardıcıl 2 məğlubiyyət aldıq. Bu isə o deməkdi ki, cəmi 3 xalımız var”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli çalışdırıcı Çempionlar Liqasının IV turu çərçivəsində Kazan “Dinamo”su ilə keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, əsas məqsəd səfərdəki 0:3 hesablı məğlubiyyətin revanşını almaqdı: “Bundan sonra yalnız qalib gəlməliyik. Yeganə yolumuz budu. “Dinamo” ilə ilk matçda çox səhvlər etdik. Xüsusilə də qəbulda bərbad oynadıq. Bu da nəticədə öz əksini tapdı. İndi evdə oynayırıq. Necə deyərlər, evdə doğma divarlar da kömək olur. Şübhəsiz ki, biz Kazandakı matçdan dərs almışıq. Elə həmin görüşün bütün detallarını təhlil etmişik. Ümid edirəm ki, Bakıda Rusiyadakından qat-qat yaxşı oynayacağıq”.
Qeyd edək ki, “Azərreyl” – “Dinamo” matçı sabah saat 18:00-da başlayacaq.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub