“Azərbaycan millisi ilə Avropa çempionatına Sloveniyadakı təlim-məşq toplanışı ilə hazırlaşmışdıq. “Azərreyl”lə də eyni marşrutla getməyi məqsədəuyğun saydıq”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.
Türkiyəli çalışdırıcı Çempionlar Liqasının 2015/2016 mövsümünün startı ərəfəsində hədəflərini açıqlayıb. O bildirib ki, əsas məqsədləri inamlı çıxışdı: “Hazırlıq yaxşı keçdi. Hesab edirəm ki, mövsümə tam hazırıq. Əlbəttə, start heyətini müəyyənləşdirmək üçün bir qədər vaxta ehtiyac var. Lakin mənə elə gəlir ki, hazırda bütün komandalar eyni durumdadı”.
Karslıoğlu oktyabrın 28-də “Ştutqart”la (Almaniya) Bakıdakı qarşılaşmada yalnız qələbəyə kökləndiklərini deyib. Onun sözlərinə görə, startda 3 xal komanda üçün əlavə stimul olacaq: “Qrupdakı rəqiblərimizi təhlil etsək görərik ki, Çempionlar Liqasında heç bir təcrübəsi olmayan komanda “Ştutqart”dı. Buna baxmayaraq, onların qətiyyətlə mübarizə aparacağına əminəm. Biz isə öz oyunumuza köklənməliyik. “Azərreyl”ə qələbə lazımdı. İlk ev matçımızdan maksimum yararlanıb, mövsümə uğurla başlamalıyıq”.
Qeyd edək ki, “Azərreyl” – “Ştutqart” matçı saat 18:00-da başlayacaq.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub