Qadın voleybolçular arasında Çempionlar Liqasının V turunun yekunlarına əsasən pley-off mərhələsinə yüksələn klubların sayında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin başa çatmasına 1 tur mübarizəni davam etdirəcək komandaların sayı 9-a çatıb.
Belə ki, bu siyahıya Azərbaycan klubu da daxil olub. Yarışı Bakı “Lokomotiv”i ilə yanaşı, Kazan və Moskva “Dinamo”ları, “Uraloçka” (hər üçü Rusiya), “Vakıfbank”, “Fənərbaxça” (hər ikisi Türkiyə), “Kasalmaqqiore”, “Pyaçentsa” (hər ikisi İtaliya) və “Volero” pley-offda davam etdirəcək. 3 qrupda isə 6 komanda daha 3 1/6 finalçını, həmçinin ən yaxşı 3-cü yeri sahibini müəyyənləşdirəcək.
Qeyd edək ki, Azərbaycan klublarından “Azərreyl” və “Telekom”un növbəti mərhələyə yüksəlməyəcəyi dəqiqləşib. Zoran Qayiçin yetirmələrindən fərqli, “dəmiryolçular”ın CEV kubokunda oynamaq şansı var.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə