Qadın voleybolçular arasında Çempionlar Liqasında mübarizə aparan Azərbaycan klublarının oyunlarını idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Bakının “Lokomotiv” komandasını VI tur çərçivəsində Kazan “Dinamo”su ilə görüşə Sotirios Delikostidos (Yunanıstan) çıxaracaq.
Bakıda baş tutacaq matçda köməkçi hakim funksiyasını polşalı Miçnik Aqniejka yerinə yetirəcək.
“Ştutqart” (Almaniya) - “Azərreyl” (Azərbaycan) görüşündə əsas söz sahibi Flipp Şürman (Lixtenşteyn) olacaq. İkinci hakim kimi Saşa Stanisiç (İsveçrə) fit çalacaq.
E qrupunda avrokubok şansını itirən “Telekom”un (Azərbaycan) “İmpel”lə (Polşa) matçında isə ədaləti Vlastimil Kovarla (Çexiya) David Qril (Sloveniya) qoruyacaqlar.
Qeyd edək ki, qrup mərhələsinin son turu olduğu üçün bütün oyunlar yanvarın 27-də olacaq.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə