Qadın voleybolçular arasında Çempionlar Liqasının 2015/2016 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumata görə, yarışın qalib həlledici mərhələyə ev sahibliyi edən “Kasalmaqqiore” olub.
Yarımfinalda “Dinamo”nu (Rusiya, Kazan) məğlub edən İtaliya təmsilçisi finalda “Vakıfbank”a (Türkiyə) da asanlıqla qalib gəlib.
Üçüncü yer uğrunda matçda isə Fənərbaxça (Türkiyə) “Dinamo”dan üstün olub.
“Dördlər finalı”
Yarımfinallar
“Dinamo” (Rusiya, Kazan) – “Kasalmaqqiore” (İtaliya) – 0:3 (19:25; 18:25; 19:25)
Fənərbaxça (Türkiyə) – “Vakıfbank” (Türkiyə) – 0:3 (23:25; 22:25; 22:25)
Üçüncü yer uğrunda
“Dinamo” (Rusiya, Kazan) – Fənərbaxça (Türkiyə) – 1:3 (25:20; 10:25; 18:25; 17:25)
Final
“Kasalmaqqiore” (İtaliya) – “Vakıfbank” (Türkiyə) – 3:0 (25:23; 25:23; 25:22)
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq