Qadın voleybolçular arasında Çempionlar Liqasında yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2016/2017 mövsümünün qalibi Türkiyənin “Vakıfbank” klubu olub.
Yarımfinalda digər İstanbul təmsilçisi “Əczaçıbaşı”ya qalib gələn Covani Quidettinin yetirmələri həlledici matçda ev sahibləri olan İtaliyanın “Konegliano” klubunu məğlub ediblər.
Moskva “Dinamo”su trevizoluların ardınca “Əczaçıbaşı”ya da uduzduğundan medalsız qalıb. Türklər isə ilk “üçlüy”ü qapayıb.
Qeyd edək ki, bu il ölkəmizi Çempionlar Liqasında “Azərreyl”lə “Telekom” təmsil etsələr də, onlar qrupda qalmışdılar.
Yarımfinallar
“Dinamo” (Rusiya, Moskva) – “Konegliano” (İtaliya) – 1:3 (18:25, 15:25, 25:15, 25:27)
“Vakıfbank” (Türkiyə) – “Əczaçıbaşı” (Türkiyə) – 3:0 (25:20, 26:24, 25:22)
Bürünc medal uğrunda
“Dinamo” (Rusiya, Moskva) – “Əczaçıbaşı” (Türkiyə) – 1:3 (19:25, 25:19, 23:25, 22:25)
Final
“Konegliano” (İtaliya) – “Vakıfbank” (Türkiyə) – 0:3 (19:25, 13:25, 23:25)
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq