[b]Çempionun oyunu polşalı və belarusluya əmanət[/b]
23.12.2017 - 00:34
Azərbaycan çempionu “Lokomotiv”in “Çelenc Cup” turnirinin 1/8 final mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, yanvarın 16-18-i aralığında Yunanıstanın Pirey şəhərində keçiriləcək görüşdə belaruslu və polşalı hakimlər iş başında olacaqlar.
Komandamızın oyununda ədaləti Siarhey Budzeyka və Tomaş Yanik qoruyacaqlar.
Qeyd edək ki, təmsilçimiz bu komanda ilə ikinci oyununu 30 yanvar – 1 fevral tarixlərindən birində keçirəcək. Görüş Bakıda Voleybol Mərkəzində olacaq.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0