“Lokomotiv”in yeni baş məşqçinin adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, növbəti dəfə baş məşqçisini qovan “dəmiryolçular” bu dəfə “sükanı” Karlo Parisiyə həvalə edib.
45 yaşlı italiyalı mütəxəssislə ilkin olaraq, mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Lokomotiv”i Çempionlar Liqasında “Dördlər finalı”na daşıyacağı və Super Liqada uğur qazanacağı halda yeni ildə də işində qalacaq.
Parisi əsasən “Yamamay”dakı karyerası ilə məşhurdu. 11 il Busto Arsizo təmsilçisini çalışdıran məşqçi onlarla bir sıra titullara da sahib olub. O, həmçinin 2012-ci ildən Çexiya yığmasına da rəhbərlik edir.
Qeyd edək ki, Parisi bu postda həmyerlisi Fransua Salvaqnini əvəzləyib. Halbuki, mövsümün startında “Lokomotiv” öncə məhz Karloya “elçi” düşsə də, o, ölkəmizə gəlməkdən imtina etmişdi.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə