[b]Dodo “Zirə”yə qarşı oynayacaqmı?[/b]
10.03.2016 - 17:30
[b]Dodo “Zirə”yə qarşı oynayacaqmı?[/b]

“Qəbələ”nin braziliyalı futbolçusu Dodonun vəziyyətinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu günlərdə növbəti dəfə zədələnən 29 yaşlı yarımmüdafiəçi tam sıraya dönüb.

 

Belə ki, Dodo komandasının bugünkü məşq prosesinə qatılıb. Həkimlər növbəti yoxlanışdan sonra ayağında ağrı hiss etməyən futbolçunun vəziyyətinin yaxşı olduğunu bildiriblər. Bu isə o deməkdi ki, təcrübəli futbolçu ölkə çempionatının XXV turu çərçivəsində “Zirə” ilə qarşılaşmada iştirak edə biləcək.

 

Qeyd edək ki, Dodo zədəsi ilə əlaqədar, ölkə kubokunun ¼ final mərhələsində “Zirə” ilə cavab oyununu buraxmışdı.