Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin qatılacağı “Boris Yeltsin Kuboku”nun tarixi və rəqiblərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sentyabrda təşkil olunacağı öncədən bəlli olan yarış ayın 19-da start götürüb, 21-dək davam edəcək.
İştirakçıların sayı az olduğu üçün turnirin vaxtı da azaldılıb. Bunu yarışın təşkilatçısı olan “Uraloçka” klubunun rəhbərliyi açıqlayıb. Bildirilir ki, rəqiblərin siyahısında dəyişiklik olub. Dominikan Respublikası yarışa gəlməyəcəyindən turnirdə Azərbaycan, Türkiyə, İsveçrə yığmaları, həmçinin heyətini Yekaterinburq təmsilçisinin üzvləri təşkil edəcək Rusiya millisi mübarizə aparacaq. Oyunlar dairəvi sistem üzrə keçiriləcək.
Qeyd edək ki, 2003-cü ildən ənənəvi keçirilən yarışa 6 dəfə qatılan millimiz 2 dəfə bürünc mükafatçı olub.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq