Yeni yaradılan qadın voleybolçulardan ibarət “Abşeron” klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Super Liqada debüt edəcək komanda Eldar Yusubova həvalə edilib.
Təcrübəli mütəxəssis “Abşeron”la 1 illik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. “Rabitə” ilə 5 dəfə Azərbaycan çempionu olan Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.
Qeyd edək ki, Yusubov Azərbaycanın ən təcrübəli məşqçilərindən biri hesab olunub. 2007-2013-cü illərdə ölkəmizin ən titullu komandası “Rabitə”də məşqçi, 2013/2014 mövsümündə baş məşqçi işləyən çalışdırıcı bu komanda ilə klublararası dünya çempionatının qalibi, Çempionlar Liqasının 1 dəfə gümüş, 2 dəfə bürünc medalçısı olub. O, 2014/2015 mövsümündə “Telekom”da məşqçi və növbəti ildə baş məşqçi də işləyib. Yusubovun son iş yeri “Azəryol” olub. O, 2016/2017 mövsümündə bu komandaya Super Liqanın bürünc medalını qazandırıb.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq