Pekin-2008-in bürünc mükafatçısı Yekaterina Lisina Ginnesin rekordlar kitabına düşüb. Apasport.az saytının məlumatına görə, qadın basketbolçulardan ibarət Rusiya millisinin heyətində çıxışı ilə tanınan 30 yaşlı mərkəz oyunçusu dünyanın ən uzunayaqlı insanı kimi fərqlənib.
Belə ki, 205 sm boya malik Lisinanın ayaqları 133 sm, bədənin yerdə qalan hissəsi isə 72 sm-di. Bu cür qeyri-adi göstəriciləri gözəlliyinə nəinki xələl gətirir, hətta bunu daha da artırır. Məhz buna görə də son günlər onun fotoları dünya mətbuatının diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, Lisina dünya çempionatının gümüş, Avropa çempionatının qızıl və gümüş medallarının sahibidi.






- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq