Gənc basketbolçular arasında Avropa birinciliklərinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanın 3 yaş qrupu üzrə milli komandaları da rəqiblərini tanıyıblar.
Belə ki, Elşən Yusubovun rəhbərlik etdiyi 16 yaşadək yığmamız Avropa birinciliyinin C divizionunda mübarizə aparacaq. Basketbolçularımız iyulun 3-dən 11-dək San-Marinonun Serravalle şəhərində qüvvəsini sınayacaq. Komandamız A qrupunda Avstriya, Ermənistan, Albaniya, Moldova və meydan sahibləri ilə gücünü yoxlayacaq.
U-18 millimiz isə B divizionunda qüvvəsini sınayacaq. Samit Nuruzadənin başçılıq etdiyi komanda iyulun 27-dən avqustun 5-dək Makedoniyanın paytaxtı Skopye şəhərində baş tutacaq çempionatda B qrupunda yer alacaq. Burada yığmamız Belçika, Macarıstan, Estoniya, Gürcüstan və Avstriya ilə rəqib olacaq.
20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq