“Yaxşı oyun keçirdik, amma qarşılaşmanın sonunda adi epizodlarda səhvə yol verdik. Bunun da nəticəsində sonda məğlubiyyətlə üzləşdik”. Apasport.az saytının məlumatına görə, bunu Rumıniyanın “Tarqovitse” klubunun voleybolçusu Evangeliya Çantava deyib.
Ötən il Bakı “Lokomotiv”inin şərəfini qorumuş yunanıstanlı hücumçu komandasının CEV kubokunun 1/16 final mərhələsində “Azəryol”a uduzmasına münasibət bildirib. Onun sözlərinə görə, “Qızıl set”də mübarizəni dayandırmalarında kobud səhvləri rol oynayıb: “Blok və hücumda çox axmaq səhvlər etdik. Bu da bizə baha başa gəldi. “Azəryol” bizdən güclü oyun göstərdi və qələbəyə layiq idilər”.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub