“Qarabağ” komandasını təbrik edirəm. Futbolumuz və idmanımız üçün böyük bir nəticədi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Voleybol Federasiyasının (AVF) birinci vitse-prezidenti, qadınlardan ibarət yığmamızın baş məşqçisi Faiq Qarayev deyib.
Təcrübəli mütəxəssis “Qarabağ” futbol komandasını UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Hazırda milli ilə birgə Sloveniyada olan Qarayev AVF-nin “feysbuk” səhifəsinə bildirib ki, ölkə xaricində bu sevinci hiss etmək qürurvericidi: “Dünyanın ən böyük komandalarının uğurları qrupa düşməklə başlayır. İnşallah, “Qarabağ” bizi yenə sevindirib uğurlu çıxışının davamını gətirər”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq